Taekvondo yığmamız Fil Dişi Sahilində mükafat yarışının finalında mübarizə aparacaq

Taekvondoçuların cari mövsümdə mükafat yarışlarının final mərhələsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Moskvada startı verilən qran-pri Mərakeş və Böyük Britaniyanın ardından, Fil Dişi Sahilinin Ədibcan şəhərində başa çatacaq.

Yarışda mübarizə aparmaq üçün kişilərdən ibarət millimizin 4 üzvü bu gün Afrikaya yollanır. Dünya Taekvondo Federasiyasının olimpiya reytinq cədvəlində ilk pillədə yer alan idmançılarımızdan Radik İsaev (+80 kq; 437.70 ) və Milad Beigi Hərçəqani (-80 kq; 472.36), eləcə də 207.69 xalla 7-ci pillədə qərarlaşan Ayxan Tağızadə, 161.94 xalla 15-ci olan Məhəmməd Məmmədov (hər ikisi – 68 kq) mükafatlar uğrunda döyüşlərə qatılacaq.

Yarışlar 2-3 dekabr tarixlərində keçiriləcək. Qeyd edək ki, qalib idmançı aktivinə 80, 2-ci yer 48, 3-cü yerə sahib olan isə 28.8 reytinq xalı əlavə etmiş olacaq.

Baş məşqçilər Rza Mehmandost, Elnur Amanov (qadınlar) və böyük məqşi Rəşad Əhmədovun rəhbərliyi ilə Fil Dişi Sahili yollanan taekvondoçularımız dekbırın 5-də Vətənə dönəcək.

Həmin kateqoriyadan