Tahir Gözəl: Belarus klubuna rahat cavab verəcəyik

Bu gün “Qarabağ” çempionlar liqasının 2-ci ələməsinin cavab oyununda evdə Albaniyanın “Kukesi” klubuna 3:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, qələbədən sonra komandamızın prezidenti Tahir Gözəl bunu dedi:

““Qarabağ” oyundan-oyuna artırır. Bu gün komanda Sloveniyadakından daha yaxşı idi. Yəqin, siz də mənimlə razılaşarsınız. Möhtəşəm bir enerji gördüm. Bu bizi önə atdı. Növbəti mərhələdə Belarusun BATE klubu ilə qarşılaşacağıq. İlk görüşün Bakıda olmasına sevinirəm.

Qurban Qurbanova inanırıq. Onun öz siyasəti var. Hər işə məsuliyyətlə yanaşır. Belarus klubuna rahat cavab verəcəyik. “Qarabağ”ın bir futbolçudan asılılığı toxdur. Həmişə kollektivlik önəm daşıyır. Hər oyunçunu da ala bilmərik, uyğunlaşması zaman tələb edir”.

Həmin kateqoriyadan