Tahir Gözəl: Bu mükafatı Türkiyədə almaq bizim üçün mənəvi dəstəkdir

“Millət” qəzetinin “İlin idman mükafatları-2017” tədbirində “Qarabağ” xüsusi təltif edilib. Allsport.az saytı xəbər verir ki, ödülü “Qarabağ”ın vitse-prezidentinə Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku təqdim edib. Tahir Gözəl mərasimindən sonra fikirini bildirib:

“Qarabağ” Azərbaycanda vətənsiz qalmış qaçqınlarımızın səsini, nidasını, Azərbaycan xalqının, türk dünyasının iradəsini dünyaya çatdırmış klubdu. Mən “Millət” qəzetinə, mənim böyük qardaşım Tayfun Bayandıra təşəkkür etmək istəyirəm. Bu mükafatı Türkiyədə almaq bizim üçün mənəvi dəstəkdir. Allah Türkiyəni qorusun, ürəyimiz hər zaman bir olsun”.

Həmin kateqoriyadan