Tahir Gözəl: Bu oyunun nəticəsinə adam üzülür

“Qarabağ” qitə liqasının “A” qrupunda evdə Kipr APOEL-i ilə 2:2 heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, komandanın vitse-prezidenti Tahir Gözəl görüşlə bağlı belə açıqlama verib:

“Bu oyunun nəticəsinə adam üzülür. “Qarabağ”ın oyunu möhtəşəm idi. Ona görə üzülürük ki, “Qarabağ” burda qalib gəlməli idi. Oyunumuzla buna layiq idik. Çox epizodlarımız oldu. Səhvlərimiz də oldu. Buna baxmayaraq, performans möhtəşəm alındı. “Qarabağ” Azərbaycanı qürurlandırdı. Qrupda 2-ci yerdəyik.

Bu o deməkdir ki, mübarizəni davam etdiririk. “Qarabağ” bugünkü kimi oynamağa davam etsə, inşallah, tarixdə etmədiyini reallaşdıracaq və mərhələni keçəcək. “Qarabağ”dan məmnunam. Bu oyun xoş təsir bağışladı. Burdan qalib çıxmalı idik. Mübarizəyə davam edəcəyik”.

Həmin kateqoriyadan