Tahir Gözəl: “Bu tarixi yaşamaq Azərbaycan xalqı üçün ən böyük hədiyyə olar”

Azərbaycan çempionu “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində qarşılaşacaqları İtaliya “İnter”i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, Ağdam klununun başqanı bunları söyləyib:

“Qarabağ”ın bugünkü səviyyəyə çatmasına görə Azərbaycan xalqını təbrik edirəm. Bu, böyük uğurdur. Bizim üçün də böyük qürurdur ki, “Qarabağ” adını Avropaya tanıtdırırıq. Azərbaycan xalqını “Qarabağ”ı böyük bir iradə ilə dəstəkləməyə dəvət edirəm. Oyun öncəsi komandaya baş çəkdim. Ümidvaram ki, “Qarabağ” “İnter” üçün çox çətin rəqib olacaq. “Qarabağ”ın uğurunu görürəm. Mən buna inanıram. Bu ümidlə burdayam”.

Türkiyəli iş adamı “qələbəyə görə futbolçulara mükafat veriləcəkmi sualını” belə cavablandırıb: “İnter”ə qalib gəlsək, bunun özü böyük bir mükafat olacaq. Bunu maddiyyatla ölçmək düzgün deyil. Məncə, bu tarixi yaşamaq Azərbaycan xalqı üçün ən böyük hədiyyə olar. Futbolçulara mükafat vermək də vacibdir. Biz hər zaman buna hazırıq”.

Həmin kateqoriyadan