Tahir Gözəl: «Qarabağ» sübut etdi ki, istənilən rəqibdən xal ala bilər

«Bu gün «Qarabağ» çox yaxşı oynadı. Komandamız sübut etdi ki, istənilən rəqibdən xal ala bilər. Mübarizə davam edir, mərhələ adlamaq imkanımız qalır. Biz Bakıda göstərdiyimiz oyunu səfərdə də nümayiş etdirməliyik».

Bunu allsport.az saytına açıqlamasında çempionlar liqasının «C» qrupunda evdə Madrid «Atletiko»su ilə qolsuz heç-heçə edən «Qarabağ»ın vitse-prezidenti Tahir Gözəl dedi. Türkiyəli iş adamının sözünə görə, komanda elə ilk dəqiqələrdən meydanda özünəinamlı görünüb və bu da yekunda xal qazanmağımıza səbəb olub:

«Bütün matç boyu rəqibə qarşı basqı ilə oynadıq. «Qarabağ» həddən artıq özünəinamlı idi. Bu, Qurban Qurbanovun dahi siyasətidir. «Atletiko» əks-hücumlarda çox təhlükəlidir. Madriddə də rəqibi sıxsaq, şansımız artar.

Azarkeşlər durmadan bizi dəstəkləyirdi. Düzdür, «Roma» ilə müqayisədə bir qədər az tərəfdar gəlmişdi, amma onların energisi «Qarabağ»a elə bir ruh verdi ki, ilk dəfə belə möhtəşəm dəstək gördüm».

Həmin kateqoriyadan