Tahir Gözəl: Sürpriz transfer ola bilər

Premyer liqanın 1-ci turunda səfərdə “Neftçi”yə qalib gələn (3:1) “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl oyundan sonra jurnalistlərin suallarını cavablandırdı. Allsport.az saytı xəbər verir ki, türkiyəli iş adamı görüşdən razı qaldığını dedi:

– Çempionatda ilk oyunumuz idi. Bu qələbə bizə əlavə güc verdi. Avrokubklar üçün motivasiya oldu. Əminəm ki, zaman keçdikcə güclənəcəyik. Dani Kintananın zədələnməsinə üzüldüm. Sabah onu müayinə edəcəyik. Yəqin ki, 1 ay yarım sonra komandaya qoşular. İnşallah yanılaram və onun zədəsi yüngül olar. Optimist düşünürəm.– Meydanda ancaq “Qarabağ” var idi…
– Onu deməzdim. “Neftçi” də yaxşı oynadı. “Neftçi” hər zaman güclü olub. Belə davam etsələr, stabil komanda olacaqlar.

– “Qarabağ” ÇL-in pley-off mərhələsində “Kopenhagen”lə oyunda qol buraxmadan qalib gəlmək istəyəcək…
– Ən böyük ümidimiz də elə budur. “Qarabağ”ın gözəl oyunlarını çox görmüşük. Bütün ümidimi Bakıya bağlamıram. Komandamıza inanıram. “Kopenhagen”ə Bakıda çətin olacaq.

– “Qarabağ” minimum qışa qədər avrokuboklarda oynayacaq. Heyətə legioner futbolçu cəlb ediləcək?
– Söz-söhbət gedir. Amma ad verə bilməyəcəm. Avropada danışıq apardığımız oyunçular var. Sürpriz transfer də ola bilər. Ətraflı danışmaq istəməzdim.

– Sürpriz dedikdə tanınmış futbolçu nəzərdə tutursunuz?
– Xeyr, belə deməzdim. Ancaq bizim axtardığımız oyunçu olacaq. “Qarabağ”ın keyfiyyətli legionçuları olub. Ümid edirik ki, yeni oyunçumuz da onlar kimi olacaq.

Həmin kateqoriyadan