Tailand millisini tar-mar edən futzalçılarımız 1/4 finala adlayıb

Kolumbiyada futzalçıların dünya çempionatında 1/8 final mərhələsi başlayıb. Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan millisi tailandlı həmkarı ilə üz-üzə gəlib. Komandamız ilk dəfə vəsiqə qazandığı bu yarışda uğurlu çıxışını davam etdirir. Üstün oynayan yığmamız bu rəqibini də tar-mar edib – 13:8.

Xatırladaq ki, millimiz mundialda keçirdiyi ilk oyunda Mərakeşə 5:0 hesabı ilə qalib gəlib, növbəti oyunda güclü İspaniya yığmasına məğlub olub – 2:4. Son oyununda İranla heç-heçə (3:3) edən komandamız, qrupda 2-ci yerlə 1/8 finala çıxıb.

Həmin kateqoriyadan