Tale Heydərov qələbə üçün yarım milyon mükafat ayırıb

“Qəbələ”nin prezidenti Tale Heydərov futbolçuları daha ruhlandırmaq üçün addım atıb. Allsport.az saytı xəbər verir ki, iş adamı komandasına 500 min manat mükafat fondu ayırıb.
“Qırmızı-qaralar” həmin vəsaiti almaq üçün mayın 28-də “Keşlə”ni udub, ölkə kubokunu qazanmalıdır.
Sportinfo.az-in məlumatına görə, puldan əsas heyət üzvlərinin hərəsinə 20 min manat veriləcək. Yerdə qalan vəsait isə məşqçilər, texniki işçilər və klubda çalışanlar arasında bölüşdürüləcək.

Həmin kateqoriyadan