Tamblinq və batut üzrə Azərbaycan çempionatı keçirildi

Bakının iki fərqli məkanında tamblinq və batut gimnastikası üzrə daxili yarışlar təşkil edilib.

Allsport.az xəbər verir ki, tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi Bakı gimnastika məktəbində, batut gimnastikası üzrə 5-ci Azərbaycan çempionatı və birinciliyi isə Bakı olimpiya idman kompleksində keçirilib.

İki günlük yarışlarda Bakı gimnastika məktəbi və “Neftçi” idman klubunu təmsil edən tambliqnçilər – uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıblar. Batutçular isə fərdi və sinxron proqramda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında Bakı gimnastika məktəbi və “Ocaq Sport” İdman Klubunu təmsil ediblər.

Batut yarışlarında ilk dəfə olaraq Qaxdan olan gimnastlar öz çıxışlarını nümayiş etdiriblər.

Kişi və qadın idman gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə son daxili yarışlar Sumqayıt şəhərində baş tutacaq.

Həmin kateqoriyadan