Tamerlan Abdullayev də 1/4 finala vəsiqə qazanıb

Bu gün İslam həmrəyliyi oyunlarında millimizin 1/8 finalda sonuncu təmsilçisi, Tamerlan Abdullayev (69 kq) rinqə çıxıb. Allsport.az saytı xəbər verir ki, o, türkmənistanlı Məhəmmədmurad Sahedovu sınağa çəkib.

Həmyerlimiz hər 3 raundda rəqibindən üstün olub – 5:0. Tamerlan Abdullayev 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək.

Həmin kateqoriyadan