Tanınmış məşqçilərimiz UEFA seminarında nə öyrəniblər?

İsveçrənin Nyon şəhərində “UEFA Pro licence Student exchange” adlı seminar keçirilir. Allsport.az saytı xəbər verir ki, ayın 6-dək davam edəcək yığıncaqda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edir.

AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq etdiyi nümayəndə heyəti hazırda PRO kurslarında təhsil alan Samir Abbasov, Mick Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Mahmud Qurbanov, Elçin Rəhmanov və Rəşad Sadıqovdan ibarətdir.

Oyunların şəffaflığına nəzarət üzrə UEFA-nın məsul nümayəndəsi Nikolas Raudenski futbol qarşılaşmalarında nəticələrin manipulyasiyası cəhdləri və bununla mübarizə ilə bağlı seminarda mühazirə oxuyub, məşqçilərə müvafiq məlumatlar verib.

Həmin kateqoriyadan