Tanınmış şərhçi “İdman-Azərbaycan”a rəhbər təyin olunub

“İdman-Azərbaycan”da rəhbərə dəyişikliyi baş verib. Allsport.az saytı xəbər verir ki, AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun sərəncamı ilə tanınmış idman şərhçisi Siyavuş Əliyev telekanalının direktor əvəzi təyin olunub.

Bu ay “İdman-Azərbaycan”ın yaradılmasının 10 ili tamam olub. Həmkarımız telekanal yarandığı ilk dövrdən fəaliyyət göstərir. Son zamanlar tanınmış Formula1 mütəxəssisi Rahim Əliyevlə qran-pri yarışlarını şərhçilik edib. Bir müddət öncə isə, digər tanınmış reportyor Bəylər Mirzəyev müavin təyin olunub.

Həmin kateqoriyadan