Tarix Əlyunussi: “Qarabağ” klubu “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı

Bu gün “Qarabağ”ın yeni transferi Tarix Əlyunussi Azərbaycana gəlib, yeni komandasının düşərgəsinə qoşulub. Allsport.az saytı xəbər verir ki, hücumçu ölkə çempionuna keçidi haqda öz fikrini açıqlayıb:

“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə təəccüblənmədim. Hətta “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı. Bu komandanın gücü bəllidi. Bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə çempionlar liqasında mübarizə aparacaq.

Güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram. Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

Həmin kateqoriyadan