Tarkan Azərbaycan qran-prisi üçün Bakıya gəlir

23-25 iyunda Bakıda formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsində Azərbaycan mükafat yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk mübarizə günüdən Türkiyənin məşhur müğənnisi Tarkan avtoidman azarkeşlərinə konsert verəcək. O, axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə ən məşhur ifalarını səsləndirəcək.

Almaniyada doğulub, Türkiyədə böyüyüb başa çatan müğənninin albom və mahnıları indiyədək 29 milyondan çox satış edib. 20 ildən çox müğənnilik karyerasına sahib Tarkan İngilis dilində ifa etdiyi mahnılarından sonra dünyada daha da məşhurlaşıb.

Türk musiqisinin tarixi köklərinə dayanan Tarkanın mahnıları sahib olduğu xüsusiyyət baxımından geniş ərazini əhatə edir. Onun repertuarında Yaxın Şərqin zaman keçdikcə canlı qalan və valehedici musiqisi ilə müasir dövrün ən çox sevilən Qərb musiqi növlərindən, o cümlədən rok, pop və oyun havalarından ibarət mahnılar yer alır. Fərqli janrda olan musiqiləri özünəməxsus tərzdə ifa edən Tarkanın mahnılarının vazkeçilməz ünsürü güclü ritmdir.

Bu gün Avropadan Asiyaya, oradan da Avstraliya və Latın Amerikaya qədər müxətlif millətləri və mədəniyyətləri təmsil edən milyonlarca azarkeş onun ifalarını sevərək dinləyir. Türk kökünə sadiq qalaraq dünyanın dörd bir yanından olan bütün azarkeşlərin ruhunu oxşadan və onların müxtəlif musiqi zövqlərinə cavab verən ifalar yazmaq və bəstələmək Tarkanı bütün dünyada sevdirən başlıca amillərdəndir.

Həmin kateqoriyadan