Tarmenxan Babayev: “Burada istənilən nailiyyət böyük əziyyət hesabına başa gəlir”

Buenos Ayres-2018 yeniyetmələrin 3-cü olimpiya oyunlarında Tarmenxan Babayev (85 kq) 2-ci yer tutub. Allsport.az saytı xəbər verir ki, istedadlı ağırlıqqaldıran uğurunu okeanın o tayından belə bölüşüb:

“Yarışa çox yaxşı hazırlaşmışdım, körpücüyə də qələbə üçün çıxdım. Olimpiada ciddi sınaqdır və burada istənilən nailiyyət böyük əziyyət hesabına başa gəlir. Yarışın özü də yaxşı keçdi. Ümidim Vətənə qızıl medalla qayıtmaq idi amma gümüş medalla kifayətləndim. Qeyd etmək lazımdır ki, rəqiblərim də güclü idi. Mənə yalznı sona qədər mübarizə aparmaq qalırdı.

Çalışdım ki, var gücümü ortaya qoyum. Olimpiya oyunlarında fəxri kürsünün ikinci pilləsinə qalxdım. Çox gözəl hisslərdir. Ölkəmi layiqincə təmsil etdiyimə, evə medalla döndüyümə görə çox şadam. Şükürlər olsun ki, uzun müddətdir keçdiyimiz məşqlər, çalışmalar öz bəhrəsini verdi. Bu uğurda əziyyəti olan hər kəsə, məşqçi-müəllimlərimdən tutmuş rəhbərliyə qədər hər kəsə minnətdarlığımı bildirirəm”.

Həmin kateqoriyadan