Tehran “İstiqlal”ının yetirməsi “Sabah”da

“Sabah” heyətini yeni qapıçı ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, Əmirhüseyn Nəcəfi bundan sonra debütantın uğurları üçün çalışacaq. 22 yaşlı qolkiper ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb.

Tehran “İstiqlal”ının yetirməsi olan Əmirhüseyn, karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb.

Nəcəfi “Sabah”da 96 nömrəli geyimdə çıxış edəcək.

Həmin kateqoriyadan