Tehranda yunan-Roma güləş komandamız 1-ci, sərbəstlər 2-ci olub

Arazın o tayında kiçik yaşlı yeniyetmə güləşçilərin “Day of children” beynəxalq turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, komanda yarışında “sərbəstlər”də İranın 4 komandası, Azərbaycan, Ukrayna, Rusiya, Gürcüstan, İraq, Belarus, Qırğızıstan və Ermənistan mübarizə aparıblar. 4 qrup olan rəqabətdə millimiz yerli və Ermənistan güləşçilərinə qalib gəlib yarımfinala adlayıb. Ukraynadan da üstün olan yığmamız finalda digər İran komandasına 4:6 uduzub.

Yunan-Roma güləşində 4 yenə 4, Ukrayna, İraq, Qazaxstan, Moldova, Gürcüstan və Ermənistan kollektivləri çıxış ediblər. Bizimkilər İran və Qazaxstanı məğlub ediblər. Yarımfinalda Moldova, sonra Ukrayna millisinə 6:4 qalib gələn güləşçilərimiz baş mükafata sahib olublar.

Həmin kateqoriyadan