“The Telegraph”: Azərbaycan Rioda ən nəticəli olimpiya komandası olub

Böyük Britaniyanın “The Telegraph” qəzeti Rio-2016-da mükafat qazanan ölkələrin alternativ cədvəlini tərtib edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi olimpiyaçı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. 56 idmançı ilə “dördillik”də təmsil olunan ölkəmizin nisbətən az iştirakçıyla bu oyunlara qatıldığı vurğulanıb. Bu isə hər üç təmsilçimizin payına (0,3) bir medalın düşməsi deməkdir.

Azərbaycan eləcə də, qazanılan medalların ölkənin əhali sayı ilə müqayisə göstəricisinə görə də səkkizinci yeri tutub. Rioda əldə edilən mükafat ölkənin hər bir milyon nəfəri üçün 1,87 medal payı sayılıb.

Azərbaycan olimpiya marafonunu 18 medalla başa vurub. Bu nəticə ilə mükafat qazanan ölkələr arasında 39-cu pillədə qərarlaşıb. Medal sayına görə siyahıda Azərbaycan 15-ci yerdədir və yalnız keçmiş postsovet ölkələri arasında Rusiyadan geri qalır.

Həmin kateqoriyadan