“Telekom” liderliyi ələ keçirib

Qadın voleybolçular arasında Super liqasında 2-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, turun mərkəzi matçında “Azərreyl” və “Telekom” klubları üz-üzə gəliblər. Son mövsümün finalçılarının qarşıdurmasında “dəmiryolçular” minimal hesabla uduzublar – 2:3 (26:24, 26:24, 20:25, 14:25, 13:15).

Günün digər matçında “Lokomotiv”lə “Azəryol” münasibətlərinə aydınlıq gətiriblər. Görüş “yolşəkənlər”in asan qələbəsi ilə başa çatıb – 3:0 (25:16, 25:11, 25:15).

Həmin kateqoriyadan