Telman İsmayılov Azərbaycanda yeni futbol məktəbi yaradacaq

“Bir zaman mənim futbola dəstək vermək imkanım var idi. Bəzi idman təşkilatlarını, məsələn “Antalyaspor” və digərlərini dəstəkləyirdim”. Allsport.az saytı xəbər verir ki, bu sözü “APA-Economics”ə müsahibəsində azərbaycanlı iş adamı Telman İsmayılov deyib. Müxtəlif illərdə Rusiya və Türkiyədə biznes fəaliyyəti göstərmiş İsmayılovun futbola da böyük marağı var. O, gələcəkdə bu sahədə iş görəcəyini istisna etməyib.

Həmyerlimiz bildirib ki, problemləri yoluna qoyulduqdan sonra ölkəmizdə futbol məktəbi açmağı planlaşdırır: “İstərdim ki, nə vaxtsa, yəni problemlər həll olunduqdan sonra Moskva və Azərbaycanda yaxşı idman məktəbi yaradım. Gələcəkdə Azərbaycanda yeni futbol məktəbi yaratmağa hazıram. Hesab edirəm ki, öz ölkəmdə gənc idmançılar yetişdirilməlidi və legionerlərin köməyi olmadan keçinmək lazımdı”.

Telman İsmayılov söhbət əsnasında, Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki çıxışına da toxunub. O, “ay-ulduzlular”ımızın qrup mərhələsinin ilk 3 matçında 7 xal toplamasının fərəhləndirici hal olduğunu vurğulayıb: “Futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının uğurlu çıxışını qeyd etmək istəyirəm. Startdakı üç oyundan iki qələbə və heç-heçə məndə iftixar hissi oyatdı”.

Həmin kateqoriyadan