“Terespol-Zirvə” ağırlıqqaldıranlarından 2 uğur

Sentyabrın 27-də Polşanın Terespol vilayətindəki Malaşeviç şəhərində ağırlıqqaldırma üzrə 3-cü ənənəvi “Terespol Şəhərinin Meri Kuboku” keçirilib. Allsport.saytı zirve-ik.com-a istinadən xəbər verir ki, bu yarışda atletlər həmçinin Lüblin regionunun ağır atletika üzrə U-15 çempionatında da mübarizə aparıblar. Rəqabətdə 25 qadın və 51 kişi körpücük üzərinə çıxıb. Yarışlarda “Terespol-Zirvə” klubunun nümayəndələri də iştirak ediblər. Sevindiricidir ki, təmsilçilərimiz hər iki turnirdə uğur qazanıblar.

Sinkleyr cədvəli üzrə keçirilən “Terespol Şəhərinin Meri Kuboku”nda Mateuş Skulimovski U-17 kateqoriyasında qızıl medala sahib çıxıb. O, toplam 235 kq (105+130) nəticə ilə 304,1 xal toplayıb və bütün rəqiblərini qabaqlayıb. Digrə atletimiz Kasper Magelnitski 167 kq (75+92) və 259.8 xalla 5-ci, Qjeqoj Koval 190 kq (85+105) və 245,3 xalla 9-cu yeri tutub.

Lüblin regionunun U-15 çempionatında da üç idmançı ilə təmsil olunduq. Onlardan qızlarda Anna Xomyuk 58 kq çəki dərəcəsində 111 kq (50+61) nəticə ilə bürünc medal qazanıb. Ona çempion olmaq üçün 1 kq çatmayıb. Üstəlik, gümüş medalı yalnız şəxsi çəkisinin çox olmasına görə əldən verib.

Oğlanlarda 69 kq çəki dərəcəsində Karol Yustimyuk 175 kq (75+100) nəticə ilə gümüş medal əldə edib. David Kotovski isə 85 kq çəki dərəcəsində eyni uğura imza atıb. O, 198 kq (86+112) nəticə ilə fəxr kürsünün ikinci pilləsinə qalxıb.

Həmin kateqoriyadan