“Terespol-Zirvə”çilərdən 2 qızıl medal

22-24 apreldə Nidzitsa şəhərində yaşı 20-yə qədər olan gənclər arasında Polşa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, 46 qadın və 122 kişi ağırlıqqaldıranın qatıldığı bu yarış çox ciddi mübarizə şəraitində keçib. Bəzi çəki dərəcələrində hətta 20 idmançı belə köpücük üzərinə çıxıb. Bu çempionatda “Zirvə” Beynəlxalq İdman Klubunun atletləri də qüvvələrini sınaybılar və uğur qazanıblar.

56 kq-da “Terespol-Zirvə” atleti Kasper Magelnitski möhtəşəm çıxış edib. 18 yaşlı idmançımız birdən qaldırma hərəkətində 93 kq, təkanla qaldırma hərəkətində 110 kq ştanqı qaldırıb. Toplam 203 kq (93+110) nəticə göstərən Kasper qızıl medala sahib çıxıb. O, ən yaxın izləyicisini düz 22 kq qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsindəki yerini haqq edib.

85 kq-da digər atletimiz Mateuş Skulimovski çempionluq sevinci yaşayıb. “Terespol-Zirvə” atleti bidən qaldırmada 150 kq, təkanda isə 178 kq nəticə göstərib. Toplam 328 kq (150+178) qaldıran bu nümayəndəmiz də bütün rəqiblərini üstələyərək birinci pillədə qərarlaşıb. O, ən yaxınm izləyicisini 8 kq qabaqlayaraq qələbəsinə şübhə yeri qoymayıb. Mateuş həm də Sinkleyr cədvəli ilə 392.66 xal toplayıb ki, bununla da Polşa çempionatının ən yaxşı kişi idmançısı adını qazanıb. Ölkəsinin mütləq çempionu adını əldə edən Skulimovski xoş sözlərə layiqdir.
Klub olaraq isə “Terespol-Zirvə” 36 xalla kişilər arasında ikinci yeri tutmağı bacarıb.

Həmin kateqoriyadan