Teymur Məmmədov Bakı-2015-in qalibidir!

4 döyüşündə qalib gələn Teymur Məmmədov boks üzrə milli komandamıza ilk qızıl medalı qazandırıb. Allsport.az xəbər verir ki, yarımfinalda rusiyalı Pavel Silyaginə çətin anlar yaşadan Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi həlledici görüşdə italiyalı Valentino Manfredoniaya da gücünü göstərib.

O, çempionluq görüşündə də çətinlik çəkmədən qalib gəlib. İtaliya boksçusunu 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həmin kateqoriyadan