Teymur Məmmədov bu il üçün hədəfini açıqladı

Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçısı Teymur Məmmədov cari mövsümdə planlarından danışdı. Allsport.az saytına verdiyi açıqlamada titullu boksçu bildirdi ki, bu il Türkiyə və Bakıda Rio-2016-ya lisenziya verən yarışlar keçiriləcək. Qardaş ölkədə 81 kq-da 3, paytaxtda bu çəkidə 5 rinq ustası Braziliyaya yollanmaq imkanına yiyələnəcək.

«Əvvəllər 91 kq-da çıxış edirdim. Sonra çəkimi dəyişdim. İndi mənə daha rahatdır. Düzdür, əksər uğurlarımı 91 kq-da qazanmışam. Amma inanıram ki, 81 kq-da hələ öz sözümü deyəcəyəm. Əsas hədəfim Rio olimpiadasına vəsiqə alıb, orada uğurlu çıxış etməkdir», Bakı-2015-in qalibi söylədi.

Həmin kateqoriyadan