Teymur Məmmədov da olimpiya oyunlarına vəsiqə qazandı

Bakıda boksçuların Rio Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turnirinin davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 7-cı günü də bizə düşərli olub. Olimpiya mükafatçımız Teymur Məmmədov (81 kq) 1/4 finalda mərakeşli Həsən Saadanı ilə qarşılaşmalı idi. Rəqib döyüşə çıxmaqdan imtina etdiyi üçün, rinq ustamız qalib elan olunub və yarımfinala yüksəlib. Bununla o, Rio olimpiadasına vəsiqəni rəsmiləşdirib.

75 kq-da Kamran Şahsuvarlı bu mərhələdə Bakı-2015-in qalibi irlandiyalı Maykl O Rilli ilə qarşılaşıb. Bu mübarizədə rəqib üstün olub. İstənilən halda, boksçumuz olimpiadaya lisenziya şansını qoruyur. Bunun üçün irlandiyalı boksçu turnirin qalibi olmalıdır. Belədə, təmsilçimiz yarışı 5-cı yerdə tamamlayacaq.

İyunun 24-də isə Rüfət Hüseynov (49 kq) meksikalı Xoselito Velaskes Altamirano ilə yarımfinalda görüşəcək. Bu çəkidə finala yüksələn boksçu Rio-2016-ya lisenziya qazanacaq.

Həmin kateqoriyadan