Teymur Məmmədovla Lorenzo Sotomayordan qələbə, Cavid Çələbiyev və Pərviz Bağırov uduzdu

Rio-2016 boks yarışı davam edib. Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 4 üzvü rinqə çıxıb. İlk olaraq mübarizəyə Cavid Çələbiyev (56 kq) qoşulub. O, 1/16 finalda qazaxıstanlı Kayrat Yeraliyevlə görüşüb. Dünya çempionumuz hər raundda üstün olsada, qələbə rəqibə verilib – 2:1 .

Bu döyüşdən sonra 64 kq-da Lorenzo Sotomayor yumruğunu işə salıb. O, 1/16 finalda ukraynalı Volodimir Matviçuku mübarizədən kənarlaşdırıb – 3:0.

Avropa Oyunlarının qızıl medalçısı debütdə ukraynalı Volodimir Matviçuku mübarizədən kənarlaşdırıb – 3:0. Bu nəticə ilə legioner boksçumuz 1/4 finala yüksəlib.

Gecənin 3-cü matçında Pərviz Bağırov (69 kq) çıxış edib. Avropa Oyunlarının qızıl medalçısı 1/8 finalda Fransa təmsilçisi Sissoko Süleyman Diopa uduzub – 0:3.

Nəhayət,  bizdən son olaraq rinqə bayraqdarımız Teymur Məmmədov (81 kq) çıxıb. London olimpiadasının bürünc mükafatçısı 1/8 finalda niderlandlı Peter Müllenberqi üstələyib – 3:0.

Həmin kateqoriyadan