- Baxış sayı: 43
- 23 Aprel 2024 10:00
- Baxış sayı: 24
- Aprel 23, 2024
- 0
İsveçrənin Cenevrə şəhərində FIDE qran-prisi davam edir. Allsport.az saytı xəbər verir ki, 8-ci turda Teymur Rəcəbov (2724) ağ fiqurlarla rusiyalı Aleksandr Ryazantsevlə (2654) xalı yarıya bölüb. Son turda şahmatçımız Yan Nepomnyaşşi (Rusiya, 2742) ilə qarşılaşacaq. Həmyerlimiz 5,5 xalla yarışda vahid liderdir.
Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov (2800) qaralarla Aleksandr Qruşşuk ilə heç-heçə edib (Rusiya, 2761). Axırıncı partiyada o, çinli Li Çaonu (2735) sınağa çəkəcək. “Şah”ın hesabında 4,5 xal var.