Teymur Rəcəbov Daniel Dubovla tay-breykdə qarşılaşacaq

Hamburqda keçirilən FIDE qran-prisinin üçüncü mərhələsi çərçivəsində şahmatçılar 1/8 finalda mübarizə aparır. Allsport.az verir ki, təmsilçimiz Teymur Rəcəbovun rusiyalı Daniel Dubovla iki qarşılaşması da heç-heçə başa çatdığından bu gün tay-brek keçiriləcək. Turnirdə rusiyalı idmançılar Aleksandr Qrişuk polşalı Radoslav Voytaşek, Nikita Vityuqov çexiyalı David Navara, Dmitri Yakovenko çinli Yu Yanqi ilə tay-brekdə qarşılaşacaqlar.

Fransalı Maksim Vaşe-Laqrav, bolqarıstanlı Veselin Topalov, rusiyalı Pyotr Svidler, Polşa təmsilçisi Yan-Kriştof Duda 1/4 finala yükəsələn şahmatçılardır.

FIDE qran-prisi dörd mərhələdən ibarətdir. Yarışın əvvəlki mərhələləri Riqa və Moskvada keçirilib.

Dekabrın 10-dan 24-dək Təl-Əvivdə qran-Pri turnirinin dördüncü mərhələsi təşkil olunacaq.

Həmin kateqoriyadan