Teymur Rəcəbov dünya çempionları ilə 102 000 avronu necə böləcək

Fransanın Bastiya şəhərində “Corsican Sircuit-2016” beynəlxalq şahmat turniri star götürüb. Allsport.az saytı xəbər verir ki, rapid üzrə keçirilən bu yarışda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2710) da iştitak edir.

Yarışın reytinqinə görə 3-cü həmyerlimizin əsas rəqibləri fransız Maksim Vaşer Laqrave (2811), hindistanlı Vişvanatan Anand (2776) və çinli xanım şahmatçı Xou Yifandır (2649).

Ümumilikdə,ə çempionluq uğrunda 46 idmançı mübarizə aparır. İsveçrə sistemi üzrə təşkil olunan yarışda qrossmeysterimiz əmsallı olaraq mübarizəyə 1/8 finaldan qoşulacaq. Final 30 oktyabrda olacaq.

Həmin kateqoriyadan