Teymur Rəcəbovdan yenə heç-heçə

Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FIDE-nin qran-pri turnirində növbəti görüşünü keçirib.

Allsport.az xəbər verir ki, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsinin ikinci duelində Rusiya təmsilçisi Daniil Dubovla heç-heçə edib – 0,5:0,5.

İlk görüşdə də bərabərlik qeydə alındığı üçün növbəti mərhələyə yüksələn şahmatçı sabah tay-breykdə bəlli olacaq. 

FIDE qran-priləri 2020-ci il iddiaçılar turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il iddiaçılar turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvadakı qran-prinin qalibi olmuşdu. Dünya kubokunu qazanan Teymur Rəcəbov isə öncədən iddiaçılar turnirində iştirak hüququ qazanıb. 

Həmin kateqoriyadan