Teymur Rəcəbov: İlk 3 turdan sonra nəticə barədə danışmaq çətindir

Bakıda keçirilən şahmat üzrə qran-pri turnirində 3-cü turun bir görüşü başa çatıb. Allsport.saytı xəbər verir ki, həmyerlimiz Teymur Rəcəbov Pyotr Svidlerlə heç-heçədən sonra mətbuat konfransında partiya haqda danışıb:

“Hər iki tərəfdən maraqlı gedişlər var idi. Narahatlıq yaradacaq məqamlar olsa da, oyun heç-heçəyə doğru gedirdi. Fiqurları dəyişsək belə, üstünlük qazanmadıq. İlk 3 turdan sonra nəticə barədə danışmaq çətindir. Qran-pri 4 mərhələdən ibarətdir. Bizi maraqlı oyunlar gözləyir. Fürsətdən istifadə edib, Azərbaycan xalqını bayram münasibətiylə təbrik edirəm. Qran-pri çox vacib yarışdır. Belə turnirlər zamanı fikrimiz ancaq şahmatda olur. Ad günü, bayram tədbirlərindən uzaq oluram”.

Pyotr Svidler, öz növbəsində, nəticənin oyuna görə olduğunu deyib: “Debütdən üstünlük qazanmadım. Partiya heç-heçəyə doğru gedirdi. 100 belə oyun olsa belə 99-u heç-heçə başa çatar. Üstünlük heç bir tərəfdə yox idi. İlk üç turu özüm üçün normal qiymətləndirirəm. 2 oyunda qaralarla mübarizə apardım. Ötən tur Şəhriyarı məğlub etdim. Hərçənd Məmmədyarovla görüşdə üstünlüyü özü mənə verdi. Partiya zamanı üstünlük qazanmamışdım. Mənim üçün çox vacib turnirdi. İstəyirəm mümkün qədər uğurlu çıxış edim. O, mənada turnir zamanı hətta həftənin hansı gün olduğunu unuduram”.

Həmin kateqoriyadan