Teymur Rəcəbov ölkə başçısına və xanımına təşəkkür etdi

Şahmat üzrə dünya kubokunun qalibi Teymur Rəcəbov qələbə münasibətilə onu təbrik edən prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Allsport.az saytı qrossmeysterin təşəkkür mesajını təqdim edir:

“Xoş sözlərə görə və məni bu nailiyyətimdən ötrü təbrik edən Cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Mənim bu oyunum və qələbəm həmvətənlərimi qürurlandırmaq və onlara ağlasığmaz olanın belə mümkünlüyünü göstərməkdən başqa bir şey deyil”.



Həmin kateqoriyadan