Teymur Rəcəbov qran-pridə

Noyabrın 5-də Hamburqda beynəlxalq şahmat federasiyasının (FIDE) qran-pri turnirinin üçüncü mərhələsi start götürəcək. Allsport.az xəbər verir ki, dünyanın 16 ən güclü şahmatçısının mübarizə aparacağı turnirdə Teymur Rəcəbov da iştirak edəcək.

21 şahmatçının gücünü sınadığı nüfuzlu yarış dörd mərhələdən ibarətdir. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər. Yarışın iyulun 11-24-də Riqada keçirilən bundan əvvəlki mərhələsində Şəhriyar Məmmədyarov qalib adını qazanıb. Rəcəbov isə həmin mərhələdə iştirak etməyib. Qran-pri seriyasının mayda Moskvada keçirilən birinci mərhələsində isə hər iki təmsilçimiz ilk raundda uduzduğu üçün turnirlə vidalaşmalı olub.

Qran-pri turnirinin dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək dördüncü mərhələsində həm Məmmədyarov, həm də Rəcəbov mübarizə aparacaq.

Qran-pri turnirləri olimpiya sistemi üzrə keçirilir.

Həmin kateqoriyadan