Teymur Rəcəbov: “”Şahmat tacı” uğrunda mübarizə aparmaq istəyirəm”

Vüqar Həşimovun xatirəsinə “ShamkirChess-2017″ superturnirində mübarizə aparan Teymur Rəcəbov maraqlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, təcrübəli şahmatçı tac uğrunda mücadilə aparmaq arzusunu dilə gətirib:”

Hazırda əsas diqqət FİDE-nin qran-prisinə yönəlib. Çünki iddiaçıların turnirinə vəsiqə qazanmaq üçün bu yarışda yaxşı çıxış etmək lazımdır. Karyeram ərzində çoxlu sayda mötəbər yarışlarda iştirak etmişəm. 12 yaşımdan müxtəlif turnirlərdə mübarizə aparmışam.

İndiyə qədər dünya kubokunda, Avropa çempionatında, superturnirlərdə qələbə qazanmışam. Əsas hədəfim “şahmat tacı” uğrunda mübarizəyə qoşulmaqdır. Dünya çempionluğu uğrunda oynamaq istəyirəm.

Həmin kateqoriyadan