Teymur sülhlə başladı

Xantı-Mansiyskdə dünya kubokunda həlledici mərhələ başlayıb. Allsport.az saytı xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov çinli Liren Dinqlə qarşılaşıb. İlk partiyada ağ fiqurlarla oynayan təmsilçimiz heç-heçə edib.

Mükafat fondu 1,6 milyon dollardır. Finalçılar 4 oyun keçirəcəklər. Həmin görüşlərin nəticəsində qalib müəyyənləşməsə, oktyabrın 4-də tay-brek oynanılacaq.

Teymur Rəcəbov müstəqilliyimizdə bu yarışın finalına yüksələn ilk azərbaycanlı kimi tarixə düşüb. O, iddiaçılar turnirində birbaşa iştirak hüququ qazanıb.

Həmin kateqoriyadan