Tino Peresin tarixi uğura şərhi

Bu gün Bakı İdman Sarayında dünya çempionatının pley-offunda niderlandlı həmkarlarını qəbul edən futzalçılarımız, 4:4 hesablı nəticə göstərərək 2 oyunun nəticəsinə görə (5:1) final mərhələsinə vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, matçdan sonra baş məşqçi Tino Peres qələbə təəssuratını bölüşüb:

«Qol məqamlarından istifadə edə bildik. Çox sevincliyəm. Bu uğur tək bizim deyil, həm də Azərbaycan xalqınındır. 2 il bundan öncə bura işləməyə gələndə, yaxşı nəticəyə ümid edirdim. Bu gün milli komandada yerli oyunçuların sayı artıb. Fikrimcə, daha çox çalışıb dünya çempionatının final mərhələsində də güc nümayiş etdirə bilərik».

Həmin kateqoriyadan