Titullu bahadırlarımız Paris qran-prisində də öz sözlərini deyirlər

Bu gün Parisdə güləşçilər arasında qran-pri turniri start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə hər 3 növ üzrə milli komandamız fərqlənib.

«Klasskilər»in mübarizəsində Elvin Mürsəliyev (80 kq) qızıl, Kamran Məmmədov (66 kq) gümüş, Orxan Nuriyev (98 kq) bürünc medal qazanıblar.

Qadın güləşçilərin rəqabətində Alyona Kolesnik (55 kq) və Natilya Sinişin (60 kq) yalnız finalda uduzublar.

«Sərbəstlər»in yarışında olimpiya çempionu Şərif Şərifovla (97 kq) Məhəmməd Müslimov (65 kq) baş mükafata sahib çıxıblar. Ötən ilin dünya və Avropa çempionu Hacı Əliyev (61 kq) və onun qardaşı Yaşar Əliyev (57 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.

Həmin kateqoriyadan