Tofiq Heydərov: Ağırlıqaldırma ilə yanaşı, pauerliftinqin də inkişafına töhfə verməyə çalışırıq

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə AAAF park yaşayış kompleksinin yarış zalında pauerliftinq, benç-press və dedlift üzrə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda AAAF-in 1-ci vitse-prezidenti Tofiq Heydərov pauerliftinqin inkişafına göstərilən diqqət və qayğının önəmini vurğulayıb.

“Zirvə” beynəlxalq idman klubunun prezidenti bu tədbirin ötən il Naxçıvanda keçirildiyini qeyd edib. Builki yarışın keçirildiyi AAAF park kompleksi ağırlıqqaldıranlar üçün nəzərdə tutulub. Ötən il İslamiadadan əvvəl 50-dən çox ölkənin ağır atletika federasiyalarının rəhbərləri, həmçinin beynəlxalq federasiyasının prezidenti burada olarkən, yaradılmış yüksək şəraitdən heyranlıqlarını bildiriblər. Onlar ağır dünyada ağır atletikanın mərkəzinin məhz Azərbaycan olduğunu qeyd ediblər. Azərbaycan yalnız ağır atletika yox, idmanın digər növləri üzrə də dünyada mərkəzə çevrilməkdədir.

Azərbaycan idmanın sürətli inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Tofiq Heydərov, AAAF ağır atletika ilə yanaşı, pauerliftinqin də inkişafına töhfə verməyə, idmanın bu növü üzrə dünya çempionatlarının ölkəmizdə keçirilməsinə, mütəmadi təlim-məşq toplanışlarının təşkil olunmasına töhfə verməyə çalışdığını söyləyib.

Həmin kateqoriyadan