Tofiq Heydərov: Bizi daima üzən özümüzkülərin idmana və dövlətə etdiyi xəyanətlərdir

Buenos Ayres-2018 yeniyetmələrin 3-cü olimpiya oyunlarında Tarmenxan Babayev gümüş medal qazanması, eləcə də ilk dəfə qızlarda iştirak etməklə tarixə düşən Lalə Rzazadənin 6-cı yer tutması federasiyanın vitse-prezidenti Tofiq Heydərovu dilə gətirib. Allsport.az saytı xəbər verir ki, işinin çox olması səbəbindən şəxsi Feisbuk səhifəsini donduran AAAF rəsmisini okeanın o tayından gələn xoş xəbərlər yenidən sosial şəbəkəyə qaytarıb:

“İdmançılarımızın olimpiya oyunlarında uğurlu çıxışı sevincimdən məni yenidən Feisbuk səhifəmdən istifadə edib dostlarımla paylaşmağa məcbur etdi. İşlerin çoxluğu və zaman çatışmamazlığından səhifəmden istifadə etməməyim idmançılarla birbaşa əlaqə saxlamağıma mane olur. Problemler çox zaman həllini tapmır.
İtaliyada keçirilən son Avropa birinciliyində komandamızın möhtəşəm qələbəsi və olimpiya oyunlarında qazanılan bu uğurlar böyük əməyin nəticəsidir. Hazırda böyük bir bəla olan dopinqle mübarizə apararaq bu nəticələri əldə etmək, həqiqi mənada, çox çətin ve dözülməzdir. Biz heç zaman çətinlikdən və ağır işdən qorxmuruq. Bizi daima üzən özümüzkülərin idmanımıza və dövlətimizə etdiyi xəyanətlərdir. Təsirlisi isə odur ki, xəyanət edənlər ən yaxın idmançı ve məşqçilərimizdən başlayaraq, ən yüksək dərəcəli xəyanətkar məmurlara qədər sanki böyük bir ordu təşkil edir. Bu gün dövlətimizə qarşı ən böyük xəyanəti edən dopinqdən istifadə edən məşqçi və idmançılardır. Mən onların etdiyi xəyanəti heç zaman bağışlamayacağam. Biz bilirik ki, çox dövlətlərin ağılıqalsıranları hələ də dopinqden gizli istifadə edir. Amma bu günləri onların vəziyyeti göz qabağındadır.

Başladığımız yol idmanımızın düzgün təməllə inkişafına nail olmaqdır. Bu yolda bizə dəstək olan bütün əməkdaşlarımıza təşekkür edirem. Bütün AAAF ailesini ürəkden təbrik edirem. Bu medal bizim olimpiya oyunlarında qazandığımız çox dəyerli bir medaldır. Federasiyamız bu gün 4 il sonra keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına 4 idmançı ilə 4 medal qazanmağı qarşısına məqsəd qoyub. İnanıram ki, Allahın köməkliyi ile bizim federasiya bu şərəfli yolda dövlətimizin apardığı idman siyasətində həmişə ön sıralarda olacaq. Bir daha bütün yığma komanda üzvlərini və məşçilerimizi təbrik edirem. Hamınızın bu medalda böyük əməyi var. Sizin uğurlu çıxışlarınız olmasaydı, bu lisenziyalar oluna bilməzdi”.

Həmin kateqoriyadan