Tofiq Musayev yarımfinalda! Onun avstraliyalı güləşçi üzərində döyüşü 4 dəqiqə 14 saniyə çəkib

Peşəkar döyüş və qarışıq döyüş sənətləri üzrə müxtəlif tədbirlərin keçirilməsini təmin edən yapon döyüş mədəniyyətləri federasiyası silsilə yarış çərçivəsində Rizin qran-prisi keçirib. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz Tofiq Musayev bu sınaqda sayca 3-cü qələbəsini qazanaraq növbəti yarımfinal mərhələsinə adlayıb.

70 kq-da çıxış edən idmançı avstraliyalı güləşçi Damien Braun üzərində qələbəsini 4 dəqiqə 14 saniyə ərzində nokautla tamamlayıb. Ümumilikdə, 16 görüş keçirən 29 yaşlı döyüşçü ardıcıl olaraq 12-ci qələbəsini bayram edib.

Onun yarımfinalda onun rəqibi amerikalı Coni Keys olacaq.

Həmin kateqoriyadan