Tofiq Qarayevin yubileyinə atletika üzrə beynəlxalq turnir keçiriləcək

Sabah Respublika Olimpiya Mərkəzində Azərbaycan Atletika Federasiyasının və Olimpiya Akademiyasının vitse-prezidenti, Ümumittifaq dərəcəli hakim, SSRİ rekordçusu Tofiq Qarayevin 80 illiyinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, Özbəkistan və Rusiya atletləri güclərini sınayacaqlar.

Turnirdə qızlar 60, 200, oğlanlar isə 60, 400 metr məsafəyə qaçış yarışlarında birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin qızlar və oğlanlar uzunluğa tullanma yarışlarında öz aralarında ən güclünü müəyyənləşdirəcəklər.

Şəxsi və komanda hesabında keçiriləcək yarışın qalibləri medal, diplom, kubok və pul mükafatı ilə təltif olunacaqlar.

Həmin kateqoriyadan