Toğrul Əratlı “Duysburq” Almaniya kubokunda mübarizəni çox erkən dayandırıb

Almaniya kubokunda 1-ci mərhələnin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın çıxış etdiyi “Duysburq” komandası “Yunion Berlin”lə qarşılaşıb.

Görüş futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2. Nəticədə, “Duysburq” kubokda mübarizəni startdaca dayandırmalı olub. Ərat bu görüşün iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.

Həmin kateqoriyadan