Toğrul Əratlı “Fortuna”dan inamlı qələbə

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Frankfurt”un qonağı olub. Oyun 2:0 hesabıyla Düsseldorf təmsilçisinin xeyrinə başa çatıb. Ərat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Fortuna” hazırda 28 xalla 4-cü pillədədir.

Həmin kateqoriyadan