Tokio-2020 üçün son fürsət! Voleybolçularımızın oynayacağı şəhər və qrup

Kişi və qadın voleybolçuların Avropa olimpiya təsnifat turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib. Allsport.az xəbər verir ki, xanımlarımızın oynayacağı şəhər və qrup müəyyənləşib. Niderlandın Apeldorn şəhərində baş tutacaq turnir 7-12 yanvar 2020-ci ilə təsadüf edəcək.

8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi “A” qrupunda Niderland, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. “B” qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri öz gücünü sınayacaqlar. Turnirin qalibi Olimpiadaya bilet sifariş edəcək.

Kişilərin mübarizəsi isə yanvarın 5-10-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Niderland, Serbiya və Slovakiya gücünü yoxlayacaq.

“A” qrupu
07.01.2020

19:00. Polşa – Bolqarıstan
22:30. Azərbaycan – Niderland

08.01.2020
22:30. Bolqarıstan – Niderland

09.01.2020
19:00. Bolqarıstan – Azərbaycan
22:30. Niderland – Polşa

10.01.2020
23:00. Polşa – Azərbaycan

Final mərhələsi
11.01.2020
20:15 A1 – B2
23:45. B1 – A2

12.01.2020
20:30. Final

Həmin kateqoriyadan