Tokio paralimpiya oyunlarına ilk lisenziyanı pauerliftinqçimiz qazandı

Pauerliftinq üzrə yığmamızın üzvü Elşən Hüseynov (107 kq) Tokio- 2020 paralimpiya oyunlarına lisenziya qazanıb. 

Allsport.az saytı xəbər verir ki, o, Qazaxstan paytaxtı Nur-Sultanda dünya çempionatında 217 kq çəki qaldırıb.

İdmançımız bu nəticə ilə dünya reytinqində 4-cü yerini möhkəmləndirib və vəsiqəni təmin edib. 

Həmin kateqoriyadan