Tokio qran-prisində fəxri kürsüyə eyni sürücülər çıxsa da, bu dəfə qalib Lüis Həmilton oldu

Formula1 yarışının 16-cı mərhələsində Malayziya qran-prisində olduğu kimi, fəxri kürsüyə eyni sürücülər çıxıblar.

Allsport.az saytı xəbər verir ki, bu dəfə zirvədə dəyişiklik olub: ötən səfər finişə 2-ci çatan Lüis Həmilton (“Mersedes”) Tokio mükafat yarışında 1-ci yerə çıxıb. O, Yaponiyada öncüllüyü elə ilk döngədə ələ keçirib. Lüis Həmiltonun hazırda 306 xalı var.

Britinayialı pilon cari dünya çempionatının rəqabətində 8-ci qələbəsini bayram edib. Onun yaxın izıəyicisi Sebastyan Fettel (247 bal) erkən sıradan çıxıb. Bu, almaniyalının ardıcıl 3-cü uğursuzluğudur.

Tokio qran-prisində növbəti yerləri müfafiq olaraq “Red Bull” komandasının üzvləri Maks Ferstappen və Daniel Rikkardo tutublar.

Həmin kateqoriyadan