“Tondela” uduzdu, Elnur Cəfərov 29 dəqiqə oynadı

Portuqaliyanın “Tondela” klubu yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Elnur Cəfərovun komandası “Aroka” ilə üz-üzə gəlib.

Qarşılaşma “Tondela”nın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Həmyerlimiz hesab 0:1 olarkən, matçın 61-ci dəqiqəsində meydana çıxıb.

Həmin kateqoriyadan