“TOP-TOP”: Avroliqanın bu turunda daha çox “Qarabağ”ın uğura yetişmək ehtimalı yüksəkdir

Bu gün Azərbaycan teleməkanının populyar futbol verilişi “TOP-TOP” növbəti dəfə efirə gedib. Allsport.az saytı xəbər verir ki, verilişin aparıcısı Araz Əhmədovla bərabər, bu dəfə müzakirəyə qatılanlar Goal.az saytının əməkdaşı Zeynəb Əlizadə və Allsport.az portalının baş redaktoru Kamran Hacı olub.
Verilişdə Premyer liqanın oyunları, Avrokubok matçları və yığmamızın uğuru müzakirə edilib. Mararlı fikirlər səslənən bir saat ərzində birinci divizionada xüsusi yer ayrılıb.
Qeyd edək ki, “TOP-TOP” proqramı hər həftənin çərşənbə axşamı saat 18:00-da SPOTFM kanalında canlı yayımda efirə gedir. SPORTFM kanalı KATV kabel televiziyası, Myvideo.az portalı və Sportfm.az saytı vasitəsilə yayımlanır.

Həmin kateqoriyadan