“Topaz”: Ərzurum klubu ilk dəfə “Fənərbağça”ya qarşı

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru “Topaz” yeni iş həftəsinin ilk günündə proqnoz həvəskarlarına 27 qarşılaşma təklif edir. Allsport.az saytı xəbər verir ki, bu görüşlərdən 16-na canlı, 3-nə isə həm canlı, həm də “təkli” mərc etmək olar. “Təkli” oyunlar sırasında Türkiyə Super Liqasının 16-cı turunun son matçı – “Fənərbağça” – “Ərzurumspor” matçı da var. Bu, Ərzurum klubunun Türkiyə futbolunun nəhənglərindən olan “sarı bülbüllər”lə ilk qarşılaşması olacaq. Hərçənd olduqca uğursuz mövsüm keçirən “Fənər” hazırda “türk futbolunun nəhəngi” statusundan çox uzaqdır. “Sarı-lacivərdlilər”in elə bugünkü rəqibi ilə birgə autsayderlər qrupunda qərarlaşması çox şeydən xəbər verir. Hətta “Fənərbaxça” top fərqinə görə “Ərzurum Büyukşehər”dən geri qaldığı üçün cədvəldə yalnız “Rizəspor”u qabaqlayır – 17-ci yer. Ərzurumlular isə 16-cı sıradadır. Tərəflərdən hansı bu axşam qalib gələrsə, 14-cü yerə qalxacaq. “Fənər”də zədəli Andre Ayyu və diskvalifikasiyalı Jalison oynamayacaq. “Topaz”da canlı və “təkli” mərc edə biləcəyiniz bu qarşılaşmanın əmsalları belədir: “Fənərbağça”nın qələbəsi 1.45, heç-heçə 3.65, “Ərzurum”un qələbəsi 5.65.

İtaliya “A seriyası”nda 16-cı tura Berqamoda yekun vurulacaq. Çempionatın 11-cisi “Atalanta” 5-ci sıradakı “Latsio”nu qəbul edəcək. Romalılar ardıcıl 6 oyundur (A seriyasında 4, Avroliqada 2) qələbə qazana bilmir. “Atalanta” isə düz 7 turdur bütün görüşlərini “üst” oynayır. Tərəflərin Berqamodakı son 2 mövsüm qarşılaşması da məhsuldar keçib (2016-cı ildə 3:4, 2017-də isə 3:3). Göründüyü kimi, “Latsio” son 2 səfər görüşündə “Atalanta”ya uduzmayıb. “Topaz”ın bu maraqlı matç üçün təklif etdiyi əmsallar belədir: “Atalanta”nın qələbəsi 2.10, heç-heçə 3.40, “Latsio”nun qələbəsi 3.10.

Gecənin daha bir “təkli” oyunu isə “Alaves” – “Atletik” matçıdır. Ötən tur “Jirona”ya qalib gələn (1:0) Bilbao klubu 14 oyun sürən qələbə həsrətinə son qoydu. Amma bir qələbə təbii ki, komandanı təhlükəli zonadan çıxara bilməz. Hazırda 18-ci sırada qərarlaşan “Atletik” bu axşam da 3 xal qazanarsa, cədvəldə daha bir pillə irəliləyə bilər. “Topaz”da oyuna bu əmsallarla mərc etmək olar: “Alaves”in qələbəsi 2.60, heç-heçə 2.85, “Atletik”in qələbəsi 2.40.

Mərcinizi ən yaxın “Topaz” məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.

Həmin kateqoriyadan